Polşa Prezidenti Avstriyanı Avropanın birliyini pozmaqda ittiham edib

A- A A+

Polşanın dövlət başçısı Andrjey Duda Avstriyanın xarici işlər naziri Aleksander Şallenberqi Rusiyaya qarşı Aİ sanksiyalarını yumşaltmaq üçün çağırış etdiyinə və bununla da Avropanın birliyini pozmaqda tənqid edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı Polşanın PAP agentliyi yayıb. Məlumata görə, A.Şallenberq fransız həmkarı Ketrin Kolonna ilə görüşündə rəsmi Moskvaya qarşı sanksiyaları yumşaltmağa çağırıb. “Bu cür çağırışları eşitdiyimə görə təəssüflənirəm, çünki bunu Aİ üzvü olan bir ölkənin siyasətçisinin dediyini nəzərə alsaq, şübhəsiz ki, mən bu sözləri Avropanın birliyini pozmaq kimi qiymətləndirirəm”, - deyə A.Duda Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş mətbuat konfransında bildirib. Polşa Prezidenti tökülən qanları nəzərə almadan bizneslə məşğul olmaqda maraqlı olanları tənqid edib.

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri yanvarın 16-da Parisdə fransız həmkarı ilə görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT Nazirlər Şurasının illik toplantısına dəvət edilməməsini tənqid edib, ATƏT-i Rusiyaya qarşı tənqidlərin səsləndirilə biləcəyi platforma kimi yüksək çinli rus diplomatlar üçün açıq olmasını söyləyib. Eyni zamanda Rusiya vətəndaşlarına qarşı viza qadağalarının da aradan qaldırılmalı olduğunu ifadə edib. Ukraynada hərbi əməliyyatlar başlayandan bu ölkəni dəstəkləyənlər sırasında öndə gedən Polşa Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: