Serbiyanın Ukraynaya humanitar yardım göndərəcəyi açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Serbiya hökumətinin paytaxt Belqradda keçirdiyi iclasda qərar qəbul olunub.
Bildirilib ki, iclasda müharibə şəraitindəki Ukraynaya humanitar yardım göndərilməsinə qərar verilib. Yardım Ukraynanın elektrik sistemlərinə dəstək məqsədilə həyata keçiriləcək.