Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığından məhrum edilməsi məsələsi gələn həftə həll olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikerinin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.
Onun sözlərinə görə, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın cinayət təqibi ilə bağlı vəsatət artıq parlamentə daxil olub və deputata bu barədə məlumat verilib.