Ölkə hökumətinin qərarına uyğun olaraq Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketini ayırır.
NUHÇIXAN İnformasiya Agentliyi “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, yeni paketə ağır artilleriya və döyüş sursatları daxil olacaq.
“Müdafiə naziri Mikko Savola bildirib ki, Finlandiya Ukraynanı ağır artilleriya və sursatla təmin edəcək”, - hökumətin press-relizində deyilir.
Bu yardım paketinin təqdim etdiyi avadanlıqların dəyəri 400 milyon avrodan çox olacaq. Rəsmi Helsinki Ukraynaya ümumilikdə 590 milyon avro məbləğində hərbi yardım göstərib.