İsveç Ukraynanın nüvə enerjisinin inkişafına 3,7 milyon dollar ayıracaq

A- A A+

İsveç Ukraynanın nüvə enerjisinin inkişafına 3,7 milyon dollar ayıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Benefisiar Ukraynanın "Energoatom" dövlət şirkəti olacaq. Müqavilənin predmeti “Energoatom”un infrastrukturuna “PSA RiskSpectrum / RiskWatcher” proqram təminatının tətbiqidir.

Bildirilir ki, “PSA RiskSpectrum / RiskWatcher” proqramı atom siklində işləyən avadanlığın hazırkı vəziyyətinin onlayn təhlilini aparmağa və onun mümkün nasazlıqlarını proqnozlaşdırmağa imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: