İspaniyada 2022-ci ildə orqan köçürmələrinin sayı əvvəlki il ilə müqayisədə 13 faiz artıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İspaniyanın səhiyyə naziri Karolina Dariasın sözlərinə görə, 2021-ci ildə orqan köçürülməsi üzrə 5383 əməliyyat və ya orta hesabla hər gün 15 əməliyyat aparılıb.
Bundan əlavə, əhalinin hər milyon nəfərinə düşən donorların sayına (46,3) görə liderliyi davam etdirən İspaniya 2021-ci ildə Avropa üzrə (19,3), həmçinin ABŞ (41,6), İsveç (19,3) və Almaniya (11,1) kimi ölkələr üzrə bu göstəricini üstələyir.
Nazir qeyd edib ki, orta hesabla 10 ailədən 8-i dünyasını dəyişən qohumunun orqanlarının köçürülməsinə razılıq verir.
Karolina Dariasın sözlərinə görə, İspaniya dünyada yeganə ölkədir ki, burada asistoliya halında (bioelektrik aktivliyinin itirildiyi zaman ürəyin fəaliyyətinin dayanması) bütün növ orqanlar köçürülür.