Bosniya və Herseqovinada iki gündür yağan güclü qar nəqliyyatda problemlər yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əlverişsiz hava şəraiti ictimai və şəhərlərarası nəqliyyatda problemlərə, eləcə də yolların bağlanmasına səbəb olub. Paytaxt Sarayevo ilə Konyiç şəhəri arasında yük avtomobillərinin hərəkəti qadağan edilib. Sarayevoda şəhərlərarası qatarlarda gecikmələr və ləğvlər olub.
Bosniya və Herseqovinada qarlı hava şəraitinin həftə sonu boyunca davam edəcəyi və havanın temperaturunun sıfırın altında qalacağı gözlənilir.