Ötən il BMT-nin 32 sülhməramlısı həlak olub

A- A A+

Ötən il bütün dünyada BMT-nin 32 sülhməramlısı – 28 hərbçi və aralarında bir qadının da olduğu dörd polis əməkdaşı hücumlara məruz qalaraq həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, Malidəki missiya artıq ardıcıl olaraq doqquzuncu ildir ən təhlükəli istiqamət sayılır. Ötən il Afrikanın bu ölkəsində 14 sülhməramlı öldürülüb. Eyni zamanda Konqo Demokratik Respublikasında 13, Mərkəzi Afrika Respublikasında 4, Livanda isə bir sülhməramlı qətlə yetirilib.

Qeyd edək ki, 2020-ci ildə həlak olan sülhməramlıların sayı 15 nəfər, 2021-ci ildə isə 25 nəfər təşkil edib. Ümumilikdə isə son 12 il ərzində bütün dünyada müxtəlif hücumlar nəticəsində BMT-nin 494 əməkdaşı öldürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: