Ukraynada korrupsiyada şübhəli bilinən nazir müavini vəzifəsindən azad edilib

A- A A+

Ukraynanın Nazirlər Kabineti icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinskini vəzifəsindən azad edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Kubrakov məlumat verib.

“Büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ifşa edilib. Cinayətkar qruplaşmaya Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini də daxildir", - deyə Kubrakov qeyd edib.

Nazir Vasili Lozinskinin 400 min dollar rüşvət alarkən saxlanıldığını təsdiqləyib: “O, bu vəsaiti avadanlıq və mexanizmlərin alınması ilə bağlı müqavilələrin bağlanmasına kömək göstərdiyi üçün alıb. Cinayət işi 2022-ci ilin sentyabrında qeydə alınıb".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: