Türkiyə İsveçin terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsini gözləyir

A- A A+

Türkiyə İsveçdən imzaladığı memorandumda nəzərdə tutulan terrorla mübarizə üzrə bütün öhdəliklərin ciddi şəkildə yerinə yetirilməsini gözləyir. Əks halda, Türkiyə tərəfi İsveçin NATO-ya daxil olmaq üçün müraciətini təsdiq etməyəcək.

NUHÇIXAN İnformasiya Agentliyi yerli mətbuata istinadla xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Stokholmda açıq şəkildə Quranın yandırılması ilə bağlı aksiyaya münasibət bildirərkən deyib.

"Biz İsveçin NATO-ya qoşulmasının əleyhinə deyilik. Lakin belə davam edərsə, Türkiyə heç bir halda İsveçin Şimali Atlantika Alyansına daxil olmasına razılıq verməyəcək, ondan öhdəliklərini yerinə yetirməsini gözləyəcək”, - deyə o bildirib.

Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: