Suriyanın ən böyük şəhəri Hələb yaxınlığında beşmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, yaşayış binasında 30-a yaxın insanın yaşadığı bildirilib.
Binanın uçmasında səbəb kimi suyun sızması nəticəsində bünövrənin aşınması ehtimal edilir.
Hazırda xilasedicilər dağıntılar altında sağ qalanları və cəsədləri axtarır.