Polşa Almaniya istehsalı olan “Leopard 2” tanklarını Kiyevə göndərsə, Berlin buna müdaxilə etməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Qeyd edək ki, “Leopard 2” tankının ixrac lisenziyası mövcuddur və buna görə digər ölkələr öz tanklarını Ukraynaya göndərmək üçün Almaniyadan icazə almalıdırlar.