İlk “Hyperloop” tunelinin açılış mərasiminin vaxtı elan edilib

A- A A+

Biznesmen İlon Mask “Hyperloop” sürətli nəqliyyat vasitəsi üçün ilk vakuum tunelinin dekabrın 10-da işə salınacağını bildirib.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, İlon Mask bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Tunelin açılışı münasibətilə bayram tədbirləri nəzərdə tutulub, növbəti gün isə istənilən şəxs kapsulda pulsuz hərəkət edə biləcək.

Test tuneli “SpaceX” raket istehsalı kompaniyasının Kaliforniyanın Hotorn şəhərində yerləşən ərazisində tikilib.

Vakuum tunellərinin hazırlanması ilə məşğul olan “Hyperloop One” kompaniyası ötən il Las-Veqas şəhərinin yaxınlığında ilk sınaqlarını keçirib. Sınaq zamanı sərnişin kapsulu insanla birgə saatda 113 kilometr sürət yığıb. Kapsulun bəzi prototipləri saatda 310 kilometr sürətlə hərəkət etsə də, onun layihə sürəti saatda 400 kilometrə çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: