Əlverişsiz hava şəraiti səbəbindən İtaliyanın 9 bölgəsində sarı xəbərdarlıq elan edilib

A- A A+

Əlverişsiz hava şəraiti ilə əlaqədar İtaliyanın 9 bölgəsində sarı xəbərdarlıq səviyyəsi elan olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, güclü qar səbəbindən Emiliya-Romaniya regionunda bir çox bələdiyyədə məktəblər bağlanıb. Şimal bölgələrində qarın hündürlüyü 40 santimetrə çatıb.

Ölkənin mərkəzində də əlverişsiz hava şəraiti hökm sürür. Marke rayonunda leysan yağışları, güclü külək və dənizin çox dalğalı olması bölgənin müxtəlif ərazilərində fəsadlara səbəb olub. Bələdiyyələr sel və daşqın təhlükəsi ilə əlaqədar vətəndaşları binaların yuxarı mərtəbələrinə qalxmaları üçün xəbərdarlıq edib. İskya adasından isə 400 nəfər təxliyə olunub.

Qarşıdakı günlərdə İtaliyada müxtəlif bölgələrdə güclü yağış və qarın yağacağı, şaxtalı hava şəraitinin davam edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: