“Avatar: Suyun yolu” filmi 2 milyard dollarlıq gəlir həddini keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rejissor Ceyms Kameronun üçüncü filmidir ki, 2 milyard dollarlıq gəlir əldə etmiş olur.
Bundan əvvəl “Titanik” və “Avatar” filmləri də oxşar nəticəni göstərib.
Qeyd edək ki, 2009-cu ildə nümayiş olunan ilk “Avatar” filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib. Bu göstərici hazırda tarixdə ən uğurlu göstəricidir.