Avropa İttifaqı İstanbulda Ukrayna ilə bağlı forum keçirəcək

A- A A+

Avropa İttifaqı (Aİ) fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı forum keçirmək planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bildirib.

Onun sözlərinə görə, bu tədbirə Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi nəzərdə tutulur. Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib.

“Görüş Aİ tərəfindən Ukraynaya dəstək elan etmək üçün bir fürsət ola bilər”, - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: