Niderlandın Ankaradakı səfirinə Türkiyənin etirazı çatdırılıb

A- A A+

Niderlandın Lehey şəhərində islam düşməni olan bir nəfərin yanvarın 22-də müqəddəs kitabımız “Qurani-Kərimi” hədəf alan təhqiramiz hərəkətini ən güclü şəkildə qınayırıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin İçveçdən sonra bu dəfə də Niderlandda baş vermiş cinayət xarakterli, nifrət yaradan xoşagəlməz hadisəyə etiraz açıqlamasında əksini tapıb.

Açıqlamada qeyd olunur ki, bu hadisə sadəcə müsəlmanları deyil, bütün insan haqları və azadlığının təməl prinsiplərini, mənəvi dəyərləri, sülh şəraitində birgəyaşayış şərtlərini və mədəniyyətini hədəf alıb zədələyən hərəkətdir.

Qeyd edək ki, Niderlandın Ankaradakı səfiri bu məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, bu cür iyrənc və təhqiramiz hərəkətlərin qınanıldığı ən kəskin şəkildə səfirin diqqətinə çatdırılıb və belə təxribatçı hərəkətlərə yol verilməməsi tələb edilib.

Bildirilib ki, Türkiyə bu hadisəni törədən şəxsə qarşı lazımi, eləcə də belə hərəkətlərin bir daha təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: