Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) daimi nümayəndəlikləri Ukraynanın bütün atom elektrik stansiyalarında (AES) işə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” şirkəti məlumat yayıb.
"Ukraynanın bütün atom elektrik stansiyaları artıq AEBA-nın daimi missiyalarına malikdir. Mütəxəssislər Xmelnitski AES-də işə başlayıblar, indi isə daimi nümayəndəliklər Rivne, Çernobıl, Cənubi Ukraynada işləyəcəklər", - şirkət qeyd edib.