KİV: Ukrayna üçün ən yaxşı ssenari nə ola bilər?

A- A A+

Ukrayna üçün ən əlverişli ssenari münaqişəni dondurmaq və ölkəni indiki sərhədləri daxilində (Rusiyanın nəzarətindəki ərazilər istisna olmaqla) saxlamaqdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir “The Daily Telegraph” qəzetinin köşə yazarı Şerell Ceykobsa məxsusdur. Onun fikrincə, alternativ ssenari Rusiya qüvvələrinin bu yaz Ukrayna ordusunun müdafiə xəttini yararaq irəliləməsi ola bilər. Qərbdə Ukraynanın qələbəsinin çox yaxında olduğunu düşünürlər, əslində isə Kiyevdə hakimiyyətin vəziyyəti bir o qədər ürəkaçan deyil.

Köşə yazarı hesab edir ki, Qərb dövlətləri Rusiya iqtisadiyyatını sarsıda bilmədilər, hər iki tərəfin qətiyyəti nəzərə alınsa, münaqişə illər boyu davam edə bilər. Eyni zamanda Avropa ölkələrinin özləri də artan sosial-iqtisadi çətinliklərlə üzləşir ki, bu da yerli hakimiyyət orqanlarını daxili problemlərin həllinə daha çox diqqət ayırmağa vadar edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: