Polşa “Leopard 2” tanklarının Ukraynaya verilməsi üçün Almaniyaya rəsmi müraciət edib

A- A A+

Polşa “Leopard 2” tanklarının Ukraynaya təhvil verilməsi üçün Almaniyaya rəsmi müraciət göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak açıqlama verib.

"Almanlar artıq Ukraynaya "Leopard 2" tanklarının təhvil verilməsi ilə bağlı razılıq sorğumuzu alıblar. Mən də Almaniya tərəfini “Leopard 2” tankları ilə Ukraynanı dəstəkləyən ölkələrin koalisiyasına qoşulmağa çağırıram. Bu, bizim ümumi işimizdir, çünki söhbət Avropanın təhlükəsizliyindən gedir”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Britaniya müdafiə naziri Ben Uolles Almaniyanı digər ölkələrin Ukraynaya “Leopard” tanklarının çatdırılmasına icazə verməyə çağırmışdı.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, müttəfiqlər Ukraynaya mümkün transfer üçün “Leopard” tanklarını hazırlaya bilər, çünki Almaniya tezliklə qərarını açıqlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: