ABŞ administrasiyasının hələlik “Abrams” tanklarının Ukraynaya tədarükü ilə bağlı hər hansı bir açıqlaması yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.
Vaşinqtonun “Abrams”ın Kiyevə tədarükü ilə bağlı mediada yayılan xəbərləri şərh edən Patrik Rayder, “Hazırda elan edəcəyim heç nə yoxdur, nə vaxt olarsa, əlbəttə ki, xəbər verəcəyik” deyib. Bununla yanaşı o bildirib ki, ABŞ Ukraynanın həm qısa, həm də uzunmüddətli hərbi yardım üçün ən təcili ehtiyaclarının təmin edilməsini dəstəkləyir.
Qeyd edək ki, Əl-Cəzirə telekanalının məlumatına görə, ABŞ Prezidenti Co Bayden yaxın günlərdə “Abrams” tanklarının Ukraynaya tədarükü ilə bağlı qərarını açıqlayacaq.
“Wall Street Journal”ı isə öz mənbələrinə istinadən yazıb ki, ABŞ administrasiyası xeyli sayda “Abrams” tankının Ukraynaya verilməsinə çalışır.