Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tərəflər Brüsseldə bir araya gəliblər.
Görüşdə Aİ-nin Ermənistandakı yeni missiyasının fəaliyyəti müzakirə olunub.
Bildirilib ki, yeni missiya regiona sülh və sabitlik gətirməyə kömək edəcək.
Qeyd edək ki, yanvarın 23-də Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərar verib. Missiyanın mandatı 2 ildir.