ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə əməkdaşlıq edərək, 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Amerika Aeronavtika və Astronavtika İnstitutunun təşkil etdiyi forumda NASA-nın administratoru Bill Nelson bildirib.
"Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir", - deyə Nelson əlavə edib.