“Pinocchio Guillermo del Toro” cizgi filmi “Oskar”a namizəddir

206

“Ən yaxşı cizgi filmi” nominasiyasında “Oskar” mükafatına namizəd məlum olub. Bu, “Pinocchio Guillermo del Toro” cizgi filmidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kino Sənəti və Elmləri Akademiyasının saytında canlı yayım zamanı elan edilib.

“Pinocchio Guillermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanmışdı. İtalyan yazıçısı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələnlərdən bəhs edir.

Doxsan beşinci dəfə təşkil olunacaq “Oskar” mükafatının təqdimat mərasimi martın 12-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: