“Avropanın siyasi elitası çox vaxt öz milli maraqlarına məhəl qoymadan üçüncü ölkələrin maraqlarına xidmət edir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Qərbdə sadə insanlarla yaxşı münasibət saxlayıb və dünyada baş verən hadisələrə baxmayaraq, onların Rusiyaya münasibəti dəyişmir.
Eyni zamanda Rusiya lideri qeyd edib ki, bu ölkələrin rəhbərliyi fərqli mövqe tutur, lakin yenidən düşünmək üçün hələ də vaxt var.