Türkiyə Ukraynaya iki “Bayraktar-TB 2” PUA-sı bağışlayıb

A- A A+

Türkiyənin “Baykar” hərbi şirkəti Ukraynaya iki ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) bağışlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin zərbə endirən PUA-ları Ukrayna əsgərlərinə Rusiya hərbçilərindən qorunmağa kömək edəcək.

“Bu gün biz Ukraynanın böyük dostları və tərəfdaşlarından - “Baykar”dan daha 2 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı aldıq. Baykar onları Ukrayna Silahlı Qüvvələrinə və Ukrayna xalqına müdafiə üçün təmənnasız bağışlayıb. Dövlətimizin ən çətin anlarında göstərdiyi güzəştsiz və davamlı dəstəyə görə Baykar-a sonsuz minnətdarıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: