Ermənistanın Qeqarkunik vilayətindəki hərbi hissənin binasında baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı briqada komandirinin təminat üzrə müavini, polkovnik-leytenant Qor Aqekyan saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi sədrinin mətbuat katibi Qor Abramyan məlumat verib.
Qeyd olunub ki, Qor Aqekyanla bağlı istintaq araşdırması aparılır və o hazırda İstintaq Komitəsinin binasındadır.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan, Qeqarkunik vilayətinin Azat kəndində yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın zamanı 15 nəfər hərbçi ölüb, 7 nəfər çoxsaylı yanıq xəsarətləri alıb.