Almaniya tankları Ukraynaya martın sonunadək çatdırılacaq

A- A A+

Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Ukraynaya vəd etdiyi “Leopard 2” tanklarının martın sonuna qədər Kiyevə təhvil veriləcəyini bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi “FOCUS online” portalına istinadla xəbər verir ki, nazirin sözlərinə görə, hərbi texnikalar Kiyevə vaxtında tədarük olunacaq.

Almaniya hökuməti yanvarın 25-də Bundesverin ehtiyatlarından 14 ədəd “Leopard 2” tankının Ukraynaya göndəriləcəyini elan edib və digər ölkələrə də belə bir icazə verib. Bunun ardınca Norveç, Slovakiya, Böyük Britaniya, Polşa və Fransada analoji qərarlar qəbul olunub. ABŞ isə öz növbəsində Kiyevə 30 ədəd “Abrams” tankı göndərmək qərarına gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: