Yaponiyanın böyük mobil rabitə operatoru olan şirkətləri növbəti nəsil 5G şəbəkə vasitəsilə xidmətlərin təklif edilməsinə hazırlaşırlar.
NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın “NTT Docomo”, “KDDI” və “Softbank” kimi böyük şirkətləri gələn ildən başlayaraq bu texnologiyanı sınaqlar şəklində tətbiq etməyi planlaşdırırlar.
5G texnologiyaları digər müasir texnologiyalarla müqayisədə təqribən 10 dəfə güclüdür və bu, məlumatların daha tez ötürülməsinə şərait yaradacaq.
Bu üç şirkət 5G şəbəkəsini böyük idman və digər tədbirlərin keçiriləcəyi yerlərdə tətbiq etməyi nəzərdə tutur. Həmin şəbəkədən istifadə tamaşaçılara daha yüksək dəqiqliyə malik görüntülər əldə etmək imkanı yaradaraq, tamaşaçı təəssüratını daha da gücləndirəcək.