Avropa Komissiyası (AK) Bolqarıstan və Slovakiyanı bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı qaydaları öz qanunvericiliyinə daxil etməməsi ilə əlaqədar məhkəməyə verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müvafiq bildiriş AK-nın saytında yerləşdirilib.
Hər iki ölkə 2018-ci ildə bərpa olunan enerji direktivindən qaydaları yerli qanunlara köçürmədiyinə görə Avropa Ədalət Məhkəməsinə verilib.
Aİ-yə üzv dövlətlər 30 iyun 2021-ci ilə qədər öz ölkələrinin qanunlarına dəyişiklik etməli idilər, lakin Bolqarıstan və Slovakiya hələlik bu barədə tədbir görrməyib.