Oleksi Reznikov: "Kiyevin Qərb qırıcılarına ehtiyacı var"

A- A A+

Kiyev Qərbdən tədarük olunan silahların sırasında qırıcı təyyarələri də görmək istəyır.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksi Reznikov CNN telekanalına müsahibəsində deyib. O, eyni zamanda Rusiyanın raket hücumlarının qarşısını ala biləcək hava hücumundan müdafiə sistemlərinə də ehtiyaclarının olduğunu vurğulayıb.

“Politico” nəşrinin məlumatına görə, hazırda Qərb dövlətlərində Kiyevə qırıcı təyyarələrin göndərilməsi ilə bağlı daxili müzakirələr gedir. Avropadan olan bəzi diplomatlar bunu Kiyevə hərbi yardımın növbəti məntiqi addımı hesab edir. Vaşinqton isə hazırda Ukraynaya hərbi təyyarələr göndərilməsindən söhbət getmədiyini deyir, bunun eskalasiyanı artıracağından ehtiyatlanır. Qırıcıların tədarükü məsələsinin gələn ay “Ramştayn” bazasında keçiriləcək görüşdə müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, yanvarın 25-də Almaniya Ukraynaya “Leopard 2” tanklarının göndəriləcəyini elan edib. Bundan əlavə, ABŞ Kiyevə 30 ədəd “Abrams” tankı verməyi planlaşdırır.

Yeri gəlmişkən, mütəxəssislər bir alman tankını üç rus tankı ekvivalentində qiymətləndirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: