Artıq 12 ölkə Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparması üçün “tank koalisiyası”na qoşulub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.
“Rusiyanın şəhərlərimizə qarşı atdığı hər bir raket, terrorçuların istifadə etdiyi hər bir İran pilotsuz aparatı bizim niyə daha çox silaha ehtiyacımız olduğuna dair arqumentlərdir”, - dövlət başçısı qeyd edib.
O söyləyib ki, işğalçıları yalnız silahlar zərərsizləşdirə bilər. Ona görə də Ukrayna ordusuna kömək etmək üçün öz töhfəsini verən hər bir ölkə önəm daşıyır:
“Xüsusən, biz tank koalisiyamızı genişləndiririk (Kanadanın müvafiq qərərı var - buna görə minnətdaram). Artıq bizim tank koalisiyamızda 12 ölkə var”.