BMT: "Əfqanıstanda qida çatışmazlığı rekord həddə çatıb"

A- A A+

Əfqanıstanda qida çatışmazlığının səviyyəsi bütün zamanların ən yüksək həddinə çatır və ölkənin demək olar ki, yarısı aclıqdan əziyyət çəkir.

NUHÇIXAN İnformasiya Agentliyi “NBC News”a istinadla xəbər verir ki, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə hər ikinci insan qidalanma ilə bağlı problemlər yaşayır. 40 milyon əhalisi olan ölkədə 7 milyon uşaq (5 yaşdan aşağı) və analar pis qidalanır.

O, 2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsinin milyonlarla insanı daha da yoxsullaşdırdığını və eyni zamanda beynəlxalq yardımın dayandırıldığını qeyd edib.

F.Kropf əlavə edib ki, Əfqanıstanın humanitar böhranın qarşısını almaq üçün heç bir resursu qalmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: