Lokal temperatur minimumları və külək generasiyasının aşağı səviyyəsi Avropa bazarında qazın qiymətinə təsir etməyib. Sinoptiklərin gələn həftə havaların istiləşəcəyi barədə proqnozlarından sonra mavi yanacaq ucuzlaşmağa başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın qiyməti 630 dollar təşkil edir.
Aİ-nin enerji istehsalında külək generasiyasının payı sabit olaraq aşağı səviyyədə qalır. Ötən həftənin dörd günü ərzində külək generatorları enerji balansının yalnız 12 faizini təmin edə bilib. Halbuki bir müddət əvvəl bu göstərici 18 faiz, bəzi günlərdə isə hətta 29 faiz olub.
“Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 75,65 faizə enib. Bu, son beş ilin analoji dövrünün orta göstəricisi ilə müqayisədə 20 faiz çoxdur.