Ukrayna: "Tank koalisiyasına 12 dövlət qoşulub"

A- A A+

Rusiyanın növbəti genişmiqyaslı raket hücumundan sonra Ukraynaya tank göndərməyi qərara alan Qərb ölkələrinin sayı artıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kanadanın müdafiə naziri Anita Anand Ottavanın Kiyevə dörd “Leopard 2” tankı, həmçinin sursat və ehtiyat hissələri göndərəcəyini elan edib. Kanadanın bu qərarından sonra tank koalisiyasına qoşulan dövlətlərin sayı 12-yə çatıb.

Dəstəyə görə koalisiya iştirakçılarına təşəkkür edən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket zərbələrini yalnız adekvat silahlarla dayandırmağın mümkün olacağını bildirib.

Fransa Prezidenti Emmanuel Makron isə Ukraynaya silah tədarükündə “Leclerc” tankları da daxil olmaqla, heç bir variantı istisna etmədiyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: