Türkiyənin STM (“Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ”) müdafiə şirkəti NATO qərargahları və bazaları arasında kəşfiyyat məlumatlarının ötürülməsi üçün proqram təminatı hazırlayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, proqram təminatı layihəsinin həyata keçirilməsi təxminən 3,5 il çəkə bilər.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir son illər bu ölkənin hərbi-sənaye kompleksinin mühüm uğurlar əldə etdiyini vurğulayıb.