Belçika Ukraynaya 92 milyon avro dəyərində ən böyük hərbi yardım paketini göndərəcək

A- A A+

Yanvarın 27-də Belçika hökuməti Ukraynaya 92 milyon avro dəyərində ən böyük hərbi yardım paketinin ayrılması barədə qərar qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə HLN agentliyi məlumat yayıb.

"Ümumiyyətlə, ölkəmiz artıq (Ukraynaya - red.) 146 milyon avro dəyərində hərbi yardım göstərib. Bu gün Nazirlər Şurası Ukraynaya 92 milyon avro dəyərində yeni hərbi yardım paketinin göndərilməsi barədə qərar qəbul edib", - deyə Baş nazir Aleksandr de Kroo bildirib.

Bundan əlavə, de Kroo qeyd edib ki, Belçikada Rusiyanın 58 milyard avro dəyərində aktivləri artıq dondurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: