“Spiegel”: "Bundestaq İran parlamenti ilə əməkdaşlığı dayandırmağa çağırıb"

A- A A+

Bundestaqın (Almaniya parlamenti) deputatları İran hakimiyyətinin insan haqlarını pozduğu üçün Almaniya-İran parlament qrupunun işinə xitam verilməsinin tərəfdarıdırlar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Qəzetin məlumatına görə, bu qərarı həm hakim koalisiya, həm də müxalifət nümayəndələri yekdilliklə dəstəkləyirlər.

Qeyd edək ki, bundan əvvəl Berlin Ukraynadakı münaqişə ilə əlaqədar Almaniya-Rusiya parlament qrupunun işini dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: