Peruda turistləri aparan avtobusun uçuruma aşması nəticəsində azı 24 nəfər ölüb. Qəza Perunun şimal-qərbindəki Piura departamentində baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bildirilib ki, içərisində təxminən 60 nəfər olan avtobus yolun sıldırımlı hissəsində uçuruma aşıb.
Xilasedicilər və polis yaralılara kömək etmək üçün hadisə yerinə gəlib. Yaralılar El Alto və Mankoradakı yerli xəstəxanalara aparılıb.