Madaqaskarda dəhşətli “Cheneso” qasırğası zamanı həyatını itirənlərin sayı 24-ə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadla bildirir ki, qasırğa səbəbindən 23 min 600 ev su altında qalıb, 35 min 677 nəfər isə ərazidən didərgin düşüb.
Madaqaskar Milli Risk və Fəlakət İdarəetmə Ofisindən verilən açıqlamada hələ yanvarın 19-da şimal-şərq sahillərindən ölkəyə daxil olan “Cheneso” tropik qasırğasının 22 bölgədən 17-də təsirli olduğu bildirilib.
Ümumilikdə qasırğadan 73 min 377 nəfərin zərər çəkdiyi haqqında məlumat var.
Hadisə zamanı 21 nəfərin itkin düşdüyü açıqlanıb. Madaqaskarda yeni başlayan yağışlı mövsüm aprel ayına qədər davam edəcək.