Marmarisdə dəniz suyu anidən qəhvəyi rəngə boyanıb

A- A A+

Türkiyənin Marmaris rayonu ərazisindən keçən dənizin rəngi anidən dəyişərək qəhvəyi olub.

NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, buna səbəb kimi 2021-ci ildə Marmaris rayonunun İçmələr qəsəbəsi ərazisində baş verən meşə yanğınları zamanı təpələr üzərindəki yanmış sahələrin yağış suyu ilə yuyulması göstərilib. Məlumata görə, son günlər əraziyə yağan güclü yağışlar nəticəsində dağlardan axan palçıq suyun rənginə təsir edib. Qəhvəyi su dalğaları bəzi yerlərdə sahilə yayılaraq, əvvəlki rənginə qayıdıb. Yağışdan sonra su Kısayalı, Uzunyalı, Sitler və İçmeler çimərliklərinin 11 kilometrliyində mavi rəngə çevrilib. Dronlarla çəkiliş zamanı Marmarisin liman və çimərlikləri tamamilə qəhvəyi rəngdə görünüb, demək olar ki, dəniz suyunun mavi və firuzəyi rəngindən əsər-əlamət qalmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: