Anatoli Lappo: "Ukrayna 17 min hərbçini Belarusla sərhəddə toplayıb"

A- A A+

Ukraynanın 17 min hərbi qulluqçusu Belarusla sərhəddə toplaşıb. Bu silahlılar təkcə sərhədçilərdən ibarət deyil, aralarında digər hərbi birləşmələrin üzvləri də var.

NUHÇIXAN İnformasiya Agentliyi “interfax”a istinadla xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo şənbə günü “Belarus-1” telekanalının efirində bildirib.

O qeyd edib ki, hazırda Belarusun dövlət sərhədinin mühafizəsində əsas səylər Ukrayna istiqamətinə yönəlib. Onun sözlərinə görə, ölkəsinə təhlükə yarandığı halda, Belarusda fövqəladə vəziyyətin yaranması istisna olunmur.

“Sərhəddə Ukraynanın mülki əhalisinə silah paylanılması, ərazidə daim uçan pilotsuz təyyarələr və sərhəd zonasının minalanmasını müşahidə edirik. Ukrayna tərəfi Belarusa gəlmək istəyən vətəndaşlarını sərhəddən buraxmır. Biz insanları qəbul etməyə hazırıq və onları əvvəllər də qəbul etmişik. Lakin Ukrayna tərəfi buna imkan vermir, - deyə A.Lappo qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: