İtaliya Sərhədsiz Həkimlər Təşkilatının Aralıq dənizində üzən humanitar gəmisindəki daha 237 miqrantı qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Geo Barents” gəmisi İtaliya Sahil Mühafizə Komandanlığının patrul gəmisinin müşayiəti ilə La Spezia limanına yan alıb. Gəmidəki miqrantlar tibbi yoxlamalardan sonra sığınacaqlara göndərilib.
Miqrantlardan 73-nün yetkinlik yaşına çatmayanlar olduğu bildirilib.