Çinin Yaponiyadakı səfirliyi və konsulluğu bazar günündən etibarən yaponlara vizaların verilməsini bərpa edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb.
"Bu gündən etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səyahət edən Yaponiya vətəndaşları üçün müntəzəm vizaların verilməsini bərpa edir", - Çin səfirliyindən bildirilib.
Qeyd edək ki, yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırılması barədə məlumat verib. Bu, Tokio Yaponiyaya səyahət edən Çin vətəndaşlarına yola düşməzdən 72 saat əvvəl edilən COVID üçün mənfi test sertifikatı təqdim etməyi və gəldikdən sonra PCR testi verməyi tələb etdikdən sonra baş verdi. Yaponiya hakimiyyəti bu tədbirləri dekabr ayında Çində genişmiqyaslı koronavirus epidemiyasından sonra tətbiq edib.