“Terrorçuların adları olan siyahını İsveçə təqdim etdik. Əgər onları təhvil verməsələr, bizi qınamasınlar”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə 120 terrorçunun siyahısını hazırlayıb və Ankaraya təhvil verilməsini tələb edib:
"İsveçin Baş nazirinə nə etmək lazım olduğunu izah etdik. Onlara dedik ki, NATO-ya daxil olmaları üçün terrorçuları bizə təhvil verməlisiniz".
Ərdoğan etiraf edib ki, Finlandiya Quranı yandıran İsveç kimi səhvləri təkrarlamasa, bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə ölkəsi fərqli yanaşa bilər: “Belə olanda İsveç şoka düşəcək".
Prezidentin sözlərinə görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciətlərinə fərqli cavablar verə bilər.