NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
Bildirilir ki, Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri: Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib.
"Hazırda Rusiyanın endirdiyi zərbələr nəticəsində 9 nəfərin zərər çəkdiyi məlumdur: 3 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bütün zərərçəkənlər tibb müəssisələrinə aparılıb, onlara tibbi yardım göstərilir. Bir nəfərin vəziyyəti ağırdır”, - məlumatda bildirilir.
Yaralananlar arasında mərmi atılan zaman rayon xəstəxanasında olan tibb bacısı da var. Qadın əməliyyat olunub, onun xəsarəti orta ağırdır.