Rusiya ordusunun Ukraynanın Donetsk vilayətini atəşə tutması nəticəsində son sutka ərzində 5 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
"Konstantinovkada dünənki zərbə nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb. 7 hündürmərtəbəli bina, 7 qaraj və bir hotelə ziyan dəyib. Volnovaxa istiqamətində atəş zamanı Uqledar, Novoukrainka, Preçistovka və Boqoyavlenkada itkilər yoxdur”, - Kirilenko teleqram kanalında yazıb.