Almaniya kansleri Olaf Şolts Rusiya ilə NATO arasında müharibəyə icazə verməyəcəklərini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Olaf Şolts “Tagesspiegel” qəzetinə müsahibəsində deyib: “Rusiya Ukraynaya hücum etməklə sərhədləri zorakılıqla dəyişməmək məsələsində onilliklər boyu Avropada təhlükəsizliyə zəmanət vermiş konsensusu pozub və buna görə də Ukraynanı dəstəkləyirik. Ukraynaya verilən dəstəklə bağlı bütün qərarlar müttəfiq ölkələrlə birlikdə və digər məsələlər nəzərə alınaraq qəbul edilir. Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməməsi üçün hər şeyi etməliyik. Bu müharibəyə NATO-nun hər hansı ölkəsinin birbaşa müdaxiləsi yoxdur”.