Bazar günü Pakistanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Pakistanın seysmoloji aktivliyin monitorinq mərkəzinin məlumatına istinadla xəbər verir.
Zəlzələnin episentri qonşu Tacikistan ərazisində, yer səthindən 150 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Pakistanın müxtəlif regionlarında, o cümlədən İslamabadda, Ravalpindidə və Lahorda hiss olunub.
Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.