Yunanıstanın “F-4” qırıcı təyyarəsi qəzaya uğrayıb, pilotların axtarışı davam edir

A- A A+

Yunanıstanın Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcı təyyarəsi yanvarın 30-da təlim-məşq uçuşu zamanı Peloponnes yarımadasında yerləşən Andravid aviabazasında qəzaya uğrayıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Sky” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İlkin məlumata əsasən, pilotlar katapult edib.

Hazırda pilotların tapılması ilə bağlı havadan və dənizdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: